Qanunvericilik › Banklar haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 17

Maddə 17. Bank lisenziyasının və ya icazənin bankın öz müraciəti ilə ləğvi

Banklar haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

17.1. Bank ona verilmiş lisenziya və icazənin ləğv edilməsi haqqında Mərkəzi Banka müraciət edir.

17.2.Bank ona verilmiş lisenziyanın ləğvi barədə ərizəyə bank tərəfindən təsdiq edilmiş ləğvetmə planını, ərizənin verildiyi gündən etibarən üç ay əvvəlki tarixə kənar auditor tərəfindən təsdiqlənmiş maliyyə hesabatını əlavə etməlidir. Mərkəzi Bank ərizənin təqdim edildiyi gündən ən geci 90 təqvim günü müddətində bankın müraciətinə dair qərar qəbul etməlidir.

Bankların xarici filiallarına verilmiş icazələrin ləğvi barədə müraciətə və əlavə edilmiş ləğvetmə planına Mərkəzi Bank ərizənin təqdim edildiyi gündən etibarən ən geci 30 təqvim günü müddətində baxaraq bankın müraciətinə dair qərar qəbul etməlidir.

17.3.Bankın və ya xarici bankın yerli filialının ləğvetmə planı və ödəniş qabiliyyəti məqbul hesab edildikdə, habelə bank lisenziyası ləğv edildikdən sonra onların öz öhdəliklərini ödəmək üçün yetərli miqdarda likvid vəsaiti olduqda Mərkəzi Bank tərəfindən ərizəyə dair müvafiq qərar qəbul edilir və bank və ya xarici bankın yerli filialı bu Qanunun 58-ci maddəsinin müddəalarına uyğun ləğv edilir.

17.4.Bank lisenziyasının və ya icazənin ləğv edilməsi barədə ərizənin rədd edilməsi haqqında əsaslandırılmış qərar Mərkəzi Bank tərəfindən dərhal banka və ya təsisçi xarici banka və onun yerli filialına göndərilməlidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver