25.1. Bankın Müşahidə Şurasının səlahiyyətlərinə aşağıdakılar aiddir:
25.1.1. bankın idarə edilməsinə və fəaliyyətinə nəzarəti həyata keçirmək, o cümlədən bankın İdarə Heyətindən hesabat almaq;
25.1.2. səhmdarların ümumi yığıncağı və İdarə Heyəti üçün tövsiyələr vermək;
25.1.3. səhmdarların ümumi yığıncağının hər bir iclasmı bildirişlər göndərmək yolu ilə çağırmaq və səhmdarların, habelə Audit Komitəsinin və İdarə Heyətinin tələbi ilə və onların gündəliyi üzrə keçirilən növbədənkənar iclaslar istisna olmaqla, hər bir iclasın gündəliyini qəbul etmək;
25.1.4. bank tərəfindən qüvvədə olan qanunvericiliyin pozulması faktını müəyyən etdikdə bu pozuntu barəsində səhmdarların ümumi yığıncağını, Audit Komitəsini və İdarə Heyətini məlumatlandırmaq, Mərkəzi Banka isə bank qanunvericiliyinin, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinin pozulması faktları barədə bildiriş göndərmək;
25.1.5. bu Qanuna müvafiq olaraq İdarə Heyəti üzvlərini vəzifədən kənarlaşdırmaq, səhmdarların ümumi yığıncağında təsdiq edilənədək onları müvəqqəti olaraq bu Qanunun 10-cu maddəsinin tələblərinə cavab verən başqa şəxslərlə əvəz etmək;
25.1.5-1. bankın Audit Komitəsinin üzvlərini təyin və azad etmək, Audit Komitəsinin əsasnaməsini təsdiq etmək;
25.1.6. bank ilə İdarə Heyətinin bir və ya bir neçə üzvü arasında mənafelər toqquşması olduğu hallarda bankı idarə və təmsil etmək;
25.1.7. bankın etibarlı və prudensial idarə olunmasını təmin etmək üçün zəruri olan qaydaları və daxili əsasnamələri qəbul etmək, habelə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı daxili nəzarət proqramını hazırlamaq və tətbiq etmək;
25.1.8. bankın kapital ehtiyatları yaradılması haqqında qərar qəbul etmək;
25.1.9. bu Qanunun 24.3-cü və 25.1.10-cu maddələrinin tələbləri nəzərə alınmaqla, bankın nizamnamə kapitalının 50 faizindən artıq məbləğdə və bankın nizamnaməsində nəzərdə tutulmuş hallarda bank adından müvafiq əqdlərin bağlanmasına icazə vermək;
25.1.10. səhmdarların ümumi yığıncağının səlahiyyətinə aid olan hallar və bu Qanunun 40.1.1-1-ci maddəsinə uyğun olaraq İdarə Heyəti tərəfindən qərarın qəbul edilməsi halları istisna olmaqla, aidiyyəti şəxslərlə dəyəri bankın aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul etmək;
25.1.11. bankın fəaliyyətinin kompleks və ya ayrı-ayn sahələrinin yoxlanması barədə qərar qəbul etmək;
25.1.12. kənar və daxili auditorların, habelə yoxlayıcı orqanların yoxlamalarının nəticələrini nəzərdən keçirmək və bu yoxlamaların yekunlarına dair tədbirlər görmək;
25.1.13. bu Qanunla, bankın nizamnaməsi və Mərkəzi Bankın normativ xarakterli aktları ilə nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirmək.
Müşahidə Şurası bu Qanunun 25.1.6-cı maddəsində nəzərdə tutulan səlahiyyəti icra etməzdən əvvəl Mərkəzi Banka əsasları göstərməklə yazılı bildiriş göndərir və səhmdarların ümumi yığıncağının növbədənkənar iclasmı çağırır. Mərkəzi Bank Müşahidə Şurasının qərarına dair öz münasibətini bildirə bilər.
Müşahidə Şurasının bu Qanunun 25.1.5, 25.1.6 və 25.1.8-ci maddələrinə əsasən qəbul etdiyi qərarlar səhmdarların ümumi yığıncağının növbəti iclasının gündəliyinə daxil edilməli və müzakirə olunmalıdır.
25.2. Bankın Müşahidə Şurası 3 nəfərdən az olmamaqla, tək sayda üzvlərdən ibarətdir. Şuranın üzvləri bankın səhmdarlarının ümumi yığıncağı tərəfindən səhmdarlardan və/və ya kənar şəxslərdən 3 ildən çox olmayan müddətə təyin edilən fiziki şəxslərdir. Şuranın üzvləri növbəti müddətlərə yenidən seçilə bilərlər. Səhmdarların ümumi yığıncağı Müşahidə Şurasının üzvləri sırasından Müşahidə Şurasının sədrini təyin edir. Müşahidə Şurası üzvlərinin muzdu bankın bölüşdürülməmiş mənfəətinin faizi şəklində və ya əmək haqqı formasında səhmdarların ümumi yığıncağında təyin edilə bilər.
25.3. bu Qanunun 10-cu maddəsinin müvafiq tələblərinə uyğun gəlməyən fiziki şəxslər bankın Müşahidə Şurasının üzvü ola bilməz və bank səhmdarlarının ümumi yığıncağının azad edilməlidirlər.
25.4. Müşahidə Şurası onun iclasında üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətlidir. İclasların keçirilməsi qaydası bankın nizamnaməsində və ya Müşahidə Şurası haqqında əsasnamədə müəyyən edilir.
25.5. Müşahidə Şurasının iclasları ən azı üç ayda bir dəfə keçirilir. İclasların nəticələrinə dair protokol Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq qaydada tərtib edilir.
25.6. Müşahidə Şurasının qərarları yığıncaqda iştirak edən üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səs hüququna malikdir. Üzvlərin səsvermə zamanı bitərəf qalmasına icazə verilmir. Səslər bərabər olduqda Müşahidə Şurası sədrinin səsi həlledici sayılır.