Qanunvericilik › Banklar haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 33

Maddə 33. Banklar tərəfindən həyata keçirilməyən fəaliyyət növləri

Banklar haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

33.1. Bu Qanunun 32-ci maddəsində icazə verilmiş fəaliyyət növləri istisna olmaqla, heç bir bank topdansatış və ya pərakəndə ticarət, istehsal, nəqliyyat, kənd təsərrüfatı, yataqların işlənilməsi, tikinti və sığorta fəaliyyəti ilə məşğul ola və ya sığorta təşkilatları istisna olmaqla tərəfdaş, şərik və ya payçı kimi bunlarda iştirak edə bilməz.

33.2. Öhdəlik üzrə tələblərini ödəmək məqsədilə bank yalnız Mərkəzi Bankın icazəsi ilə və yalnız icazədə göstərilən müddət ərzində bu Qanunun 33.1-ci maddəsində nəzərdə tutulan fəaliyyət növlərini həyata keçirə və ya həmin fəaliyyət növlərini həyata keçirən hüquqi şəxslərdə tərəfdaş, şərik və ya payçı ki-mi iştirak edə bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver