Qanunvericilik › Banklar haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 50

Maddə 50. Sanksiyaların tətbiq edilməsi qaydası

Banklar haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

50.1. Banklara və bank inzibatçılarına cərimə sanksiyaları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada tətbiq edilir. Bu Qanunun 49.1.2-ci və 49.3-cü maddələrində nəzərdə tutulmuş sanksiyaların tətbiqinə dair materiallara baxılması və onun nəticələrinin rəsmiləşdirilməsi qaydası Mərkəzi Bank tərəfindən müəyyən edilir.

50.2. Bu Qanunun 49.1.2-ci və 49.3-cü maddələrində nəzərdə tutulmuş sanksiyalar Mərkəzi Bankın qərarı ilə tətbiq edilir.

50.3. Mərkəzi Bank bu Qanunun 49-cu maddəsində nəzərdə tutulmuş sanksiyaların tətbiqi haqqında qərar qəbul etdikdə bu qərar barəsində müvafiq banka təxirəsalınmadan bildiriş göndərməlidir.

50.4. Barəsində sanksiya tətbiq edilmiş şəxslər bu qərardan Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada məhkəməyə şikayət verə bilərlər. Şikayətin verilməsi bu Qanunun 49.1.2-ci və 49.3-cü maddələrində nəzərdə tutulmuş sanksiyaların icrasını dayandırmır.

56.4.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver