10.1. Bələdiyyələr tərəfindən yaradılmış hüquqi şəxslər bu Qanunun 27.1-ci maddəsində nəzərdə tutulmuş qaydada baytarlıq xidməti ilə məşğul ola bilərlər.
10.2. Müvafiq icra hakimiyyəti orqanı bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş baytarlıq tədbirlərinin həyata keçirilməsində köməklik göstərilməsi üçün bələdiyyələri cəlb edə bilər. Bu zaman bələdiyyələr müvafiq tədbirlərin keçirilməsi məqsədilə öz vəsaitləri hesabına məqsədli fondlar yarada və yerli büdcədən vəsait ayıra bilərlər.