Qanunvericilik › Baytarlıq haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 11

Maddə 11. Dövlət baytarlıq nəzarətinin əhatə dairəsi

Baytarlıq haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

11.1. Dövlət baytarlıq nəzarəti hüquqi və fiziki şəxslər tərəfindən baytarlıq qanunvericiliyinin icra edilməsinə dair (dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilmiş yüklər (mallar, məhsullar) üzərində baytarlıq nəzarəti ilə bağlı tədbirləri isə gömrük orqanları ilə birlikdə) müvafiq icra hakimiyyəti orqanının həyata keçirdiyi hüquqi, iqtisadi və təşkilati tədbirlərin məcmusudur.

11.2. Dövlət baytarlıq nəzarəti aşağıdakıları əhatə edir:

11.2.1. hüquqi və fiziki şəxslər tərəfindən baytarlıq qanunvericiliyinin tələblərinə əməl olunmasını;

11.2.2. baytarlıq tədbirlərinin təşkili və onların yerinə yetirilməsini;

11.2.3. Azərbaycan Respublikasının ərazisinə başqa dövlətlərdən yoluxucu və ekzotik xəstəliklərin törədicilərinin keçməsinin və yayılmasının qarşısını almaq üçün baytarlıq tədbirlərinin öz səlahiyyətləri daxilində təşkilini və həyata keçirilməsini;

11.2.4. heyvan mənşəli məhsulların və xammalın istehsalı, tədarükü, saxlanması, emalı və satışı müəssisələrində, həmçinin daşınması zamanı baytarlıq (baytarlıq-sanitariya) qaydalarına və normativlərinə əməl edilməsini;

11.2.5. dövlət baytarlıq nəzarəti obyektlərinin və baytarlıq (baytarlıq-sanitariya) vəziyyətinin təhlükəsizliyinə nəzarət edilməsini, heyvan xəstəliklərinin baş vermə və yayılma səbəblərinin və şəraitinin aydınlaşdırılmasını, xəstəliklərin qarşısının alınmasını və ləğvi üçün icrası məcburi olan baytarlıq tədbirlərinin müəyyən edilməsini və həyata keçirilməsini;

11.2.7. müəyyən edilmiş qaydada baytarlıq uçotu və hesabatının aparılmasını və onların təqdim edilməsini;

11.2.8. baytarlıq qanunvericiliyinin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada inzibati xətalara dair işlərə baxılmasını, təqsirkarların cinayət məsuliyyətinə cəlb edilməsi barədə materialların aidiyyəti orqanlara göndərilməsini;

11.2.9. baytarlıq preparatlarının aprobasiyasını, ekspertizasını, sınağını, dövlət qeydiyyatına alınmasını və dövlət reyestrinin aparılmasını;

11.2.10. heyvan mənşəli məhsulların və xammalın baytarlıq (baytarlıq-sanitariya) ekspertizasını;

11.2.11. dövlət baytarlıq nəzarətinə cəlb edilən məhsulların istehsalı, tədarükü, saxlanması, emalı və satışı, habelə daşınması ilə bağlı dövlət baytarlıq nəzarəti obyektlərinin yerləşdirilməsinə, tikintisinə, bərpasına və istismara verilməsinə rəy verilməsini;

11.2.12. dövlət baytarlıq nəzarətində olan yüklərin baytarlıq sənədlərinin yoxlanılmasını və onlara baxış keçirilməsini.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver