9.1. Başqa dövlət orqanlarının baytarlıq xidmətləri bu Qanuna və digər qanunvericilik aktlarına uyğun olaraq:
9.1.1. müvafiq dövlət orqanlarına məxsus obyektlərdə heyvan xəstəliklərinin profilaktikasını, diaqnostikasını və müalicəsini həyata keçirirlər;
9.1.2. bu orqanların baytarlıq nəzarətində olan obyektlərində baytarlıq (baytarlıq-sanitariya) tədbirlərini həyata keçirirlər;
9.1.3. müvafiq icra hakimiyyəti orqanı tərəfindən keçirilən baytarlıq tədbirlərində iştirak edirlər və qanunvericiliklə müəyyən olunan digər baytarlıq fəaliyyəti ilə məşğul olurlar.
9.2. Başqa dövlət orqanlarının baytarlıq xidmətləri baytarlıq tədbirlərinin, baytarlıq (baytarlıq-sanitariya) nəzarəti də daxil olmaqla, təşkili və yerinə yetirilməsində Azərbaycan Respublikasının baytarlıq qanunvericiliyini rəhbər tutur, baytarlıq uçotu və hesabatlarını aparır, onları müəyyən edilmiş qaydada və formada müvafiq icra hakimiyyəti orqanına təqdim edirlər.
9.3. Başqa dövlət orqanlarının baytarlıq xidmətləri dövlət baytarlıq nəzarəti funksiyasını yerinə yetirmirlər.