12.0. Dövlət baytarlıq nəzarətinin obyektləri aşağıdakılardır:
12.0.1. heyvanlar və onların genetik materialları;
12.0.3. heyvan mənşəli məhsullar və xammal, baytarlıq preparatları, yem məhsulları və yem əlavələri, baytarlıq (baytarlıq-sanitariya) ekspertizası üçün onlardan götürülən nümunələr, habelə su, hava, torpaq və bitki nümunələri;
12.0.5. yoluxucu xəstəliklərin törədicilərinin keçməsinə səbəb ola bilən nəqliyyat vasitələri, bütün növ qablar, qablaşdırma materialları, inventarlar, qulluq əşyaları və s.;
12.0.6. hüquqi və fiziki şəxslərin baytarlıq sahəsində fəaliyyət göstərdikləri obyektlər;
12.0.7. heyvan mənşəli məhsulların və xammalın istehsalı, tədarükü, saxlanması, emalı, satışı və ya istifadəsi üçün nəzərdə tutulan istehsal binaları və ərazilər;
12.0.9. öz səlahiyyətləri daxilində baytarlığa dair uçot və hesabat sənədləri, sertifikat, arayış, baytarlıq (baytarlıq-sanitariya) rəyi, ekspertiza aktı, dövlət baytarlıq nəzarətində olan yüklərin istehsalı, tədarükü, saxlanması, daşınması və emalına aid normativ-texniki sənədlər, baytarlıq sahəsində digər normativ sənədlər.