13.1. Müvafiq icra hakimiyyəti orqanı baytarlıq nəzarətinin həyata keçirilməsi ilə əlaqədar qanunvericiliyin, o cümlədən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq aşağıdakı məsələlər barədə qərarlar qəbul edir:
13.1.1. baytarlıq sahəsində qanunvericiliyin tələblərinin pozulmasının aradan qaldırılması;
13.1.4. heyvan və insanlar üçün ümumi olan xəstəliklər də daxil olmaqla xüsusi təhlükəli və digər yoluxucu xəstəliklərin baş verməsi və yayılması təhlükəsi müəyyən edildikdə hüquqi və fiziki şəxslərin fəaliyyətinin dayandırılması və ya qadağan edilməsi və bu məsələ ilə əlaqədar məhkəmədə iddia qaldırılması (iddia qaldırıldığı halda fəaliyyətin dayandırılması və ya qadağan edilməsi məhkəmə qərarı qəbul edilənə kimi qüvvədə qalır);
13.1.5. əhalinin və heyvanların sağlamlığı üçün təhlükəliliyi müvafiq ekspertiza nəticələri və ya laboratoriya müayinələri ilə sübut edilmiş heyvanların, heyvan mənşəli məhsulların və xammalın qanunla müəyyən edilmiş qaydada və şərtlərlə dəyəri ödənilməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən götürülməsi, təkrar emalı, zərərsizləşdirilməsi və yaxud məhv edilməsi;
13.1.6. hüquqi və fiziki şəxslərin baytarlıq qanunvericiliyinin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi üçün qanuna müvafiq olaraq tədbirlərin görülməsi;
13.1.7. dövlət baytarlıq nəzarətində olan yüklərin idxalı, ixracı və tranzit daşınmasında baytarlıq (baytarlıq-sanitariya) tələblərinin pozulması hallarının baş verməsi barədə gömrük orqanlarının bildirişinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq tədbirlər görülənə kimi qanunvericilikdə müəyyən edilmiş qaydada yüklərin saxlanması və dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi;
13.1.8. qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyatdan keçməyən, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, saxta və keyfiyyətsiz baytarlıq preparatlarının qanunla müəyyən edilmiş qaydada götürülməsi və məhv edilməsi.
13.2. Müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının forması, onların tərtib edilməsi və verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
13.3. Müvafiq icra hakimiyyəti orqanının qərarlarının hüquqi və fiziki şəxslər tərəfindən icra edilməsi məcburidir.