Qanunvericilik › Baytarlıq haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 20

Maddə 20. Baytarlıq tədbirləri

Baytarlıq haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

20.1. Baytarlıq tədbirləri iki hissədən ibarətdir:

20.1.1. baytarlıq (baytarlıq-sanitariya) sanitariya baxımından sağlam ərazilərdə heyvan və insanlar üçün ümumi olan yoluxucu xəstəliklər də daxil olmaqla xəstəliklərin və heyvanların kütləvi zəhərlənmələrinin qarşısını almaq, heyvanların, heyvan mənşəli məhsulların və xammalın, baytarlıq preparatlarının, yem məhsullarının və yem əlavələrinin saxlanma şəraitinin baytarlıq qanunvericiliyinin tələblərinə uyğunluğunu təmin etmək məqsədilə aparılan profilaktik və baytarlıq (baytarlıq-sanitariya) tədbirləri;

20.1.2. epizootiya ocağında və qeyri-sağlam məntəqədə xüsusi təhlükəli xəstəliklərin, o cümlədən heyvan və insanlar üçün ümumi olan yoluxucu xəstəliklərin ləğvi və qarşısının alınması üçün qanunvericiliklə müəyyən olunmuş karantin və məhdudlaşdırıcı tədbirlər də daxil olmaqla aparılan tədbirlər.

20.2. Baytarlıq tədbirlərinin təşkili və həyata keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və hüquqi və fiziki şəxslər tərəfindən bu qaydaların yerinə yetirilməsi məcburidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver