Qanunvericilik › Baytarlıq haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 7

Maddə 7. Dövlət baytarlıq xidməti

Baytarlıq haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

7.1. Dövlət baytarlıq xidmətini Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının baytarlıq sahəsində fəaliyyət göstərən müvafiq icra hakimiyyəti orqanları və onların tabeliyində olan baytarlıq (baytarlıq-sanitariya) fəaliyyətini həyata keçirən təşkilatlar təşkil edir.

7.1-1. Dövlət baytarlıq xidməti aşağıdakıları əhatə edir:

7.1-1.1. heyvandarlıqda istehsalın və məhsuldarlığın artırılması sahəsində xidmətlərin həyata keçirilməsini;

7.1-1.2. heyvan xəstəliklərinin profilaktikası, diaqnostikası, müalicəsi və ləğvi ilə bağlı xidmətlərin təşkili və göstərilməsini;

7.1-1.3. heyvanların sağlamlığının qorunması ilə bağlı tədbirlərin görülməsini, heyvan xəstəliklərinin baş verməsinin və yayılmasının qarşısının alınması üçün dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmasını;

7.1-1.4. xüsusi təhlükəli xəstəliklərə qarşı baytarlıq preparatlarının ehtiyatının yaradılmasını, büdcə vəsaiti hesabına alınmış baytarlıq preparatlarının, o cümlədən onların ehtiyatı da nəzərə alınmaqla bölgüsünü, saxlanmasını, daşınmasını və istifadəsini;

7.1-1.5. epizootiya əleyhinə hazırlanan tədbirlər planına dair təkliflərin verilməsini və icrası ilə bağlı tədbirlərin görülməsini.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver