104.1. Cəzaçəkmə müəssisələrində məhkumların ümumi təhsili həyata keçirilir. Yaşı qırxdan çox olan məhkumlar, orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş məhkumlar, əlilliyi olan məhkum uşaqlar ümumi təhsilə öz arzularına görə cəlb edilirlər.
104.2. Məhkumların ümumi təhsili həvəsləndirilir və onların islah edilməsi müəyyənləşdirilərkən nəzərə alınır.
104.3. Əmək qanunvericiliyinə uyğun olaraq ümumi təhsil alan məhkumlar imtahan vermək üçün işdən azad edilirlər.
104.4. Cəzaçəkmə müəssisələrinin nəzdindəki ümumi təhsil müəssisələrinin pedaqoji kollektivi tərbiyə işinin aparılmasında cəzaçəkmə müəssisələrinin müdiriyyətinə köməklik edir.
104.5. Müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olunmuş şəxslərin ümumi təhsili müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.
104.6. Ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər ümumi təhsilə cəlb olunmurlar. Onların öz-özünə təhsil alması üçün cəzanın icrası və çəkilməsi qaydasına və şərtlərinə zidd olmayan şərait yaradılır.