həvəsləndirmə tədbirləri
105.1. Nümunəvi davranışa, əməyə və təhsilə vicdanlı münasibətə, özfəaliyyət təşkilatlarında və tərbiyə tədbirlərində fəal iştirakına görə məhkumlara aşağıdakı həvəsləndirmə tədbirləri tətbiq edilə bilər:
105.1.1. təşəkkür elan etmək;
105.1.2. hədiyyə ilə mükafatlandırmaq;
105.1.3. dörd manatadək miqdarda pulla mükafatlandırmaq;
105.1.4. əlavə sovqat, bağlama və ya banderol almağa icazə vermək;
105.1.5. əlavə telefon danışığına və ya videogörüşə icazə vermək;
105.1.6. əlavə qısa müddətli və ya uzun müddətli görüşə icazə vermək;
105.1.7. qida məhsulları və ən zəruri mallar əldə etmək üçün on beş manatadək miqdarda əlavə pul xərcləməyə icazə vermək;
105.1.8. verilmiş tənbehi vaxtından əvvəl götürmək;
105.1.9. saxlanılma şəraitini yaxşılaşdırmaq;
105.1.10. xüsusi rejimli cəzaçəkmə müəssisələrində saxlanılan və cəza müddətinin ən azı üçdə birini çəkmiş məhkumları kamera tipli otaqlardan adi yaşayış binalarına keçirmək;
105.1.11. xüsusi rejimli cəzaçəkmə müəssisəsində və həbsxanada kameralarda saxlanılan məhkumlara bir ay ərzində bir saatadək əlavə gəzintiyə icazə vermək.
105.2. Məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkən məhkumlara istirahət və bayram günlərinin məntəqə tipli cəzaçəkmə müəssisəsinin ərazisindən kənarda keçirilməsinə icazə vermək kimi həvəsləndirmə tədbiri də tətbiq edilə Maddə 105. … t və bayram günlərinin məntəqə tipli cəzaçəkmə müəssisəsinin ərazisindən kənarda keçirilməsinə icazə vermək kimi həvəsləndirmə tədbiri də tətbiq edilə bilər.
105.3. Ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər istisna olmaqla müsbət xarakterizə olunan məhkumlara onların ərizələrinə əsasən bu Məcəllənin 70-ci maddəsində nəzərdə tutulmuş qaydada digər həvəsləndirmə tədbirləri tətbiq edilə bilər.
105.4. Cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən məhkumların razılığı ilə onların əfv edilməsi haqqında vəsatət qaldırıla bilər.