QanunvericilikAzərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi › Maddə 106

Maddə 106. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzalara məhkum olunmuş şəxslərə həvəsləndirmə

Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

tədbirlərinin tətbiqi qaydası

106.1. Məhkumlara həvəsləndirmə tədbirləri yazılı şəkildə verilir.

106.2. Verilmiş tənbehin həvəsləndirmə qaydasında vaxtından əvvəl götürülməsinə:

106.2.1. bu Məcəllənin 107.1.1 və 107.1.2-ci maddələrində göstərilən tənbehlərin verilməsi günündən ən azı üç aydan sonra;

106.2.2. bu Məcəllənin 107.1.3 və 107.1.4-cü maddələrində göstərilən tənbehlərin verilməsi günündən ən azı altı ay sonra yol verilir.

106.3. Tənbeh tədbiri kimi xüsusi rejimli cəzaçəkmə müəssisələrində adi yaşayış binalarından kamera tipli otaqlara keçirilmiş məhkumlara adi yaşayış binalarına keçirilmə növündə həvəsləndirmə tədbiri tənbeh verilməsi günündən ən azı bir il keçdikdən sonra yenidən tətbiq edilə bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver