51-
7.1. Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxs cəzanın çəkilməsi qaydalarını pozduqda və ya onun üzərinə qoyulmuş vəzifələri yerinə yetirməkdən boyun qaçırdıqda, icra məmuru ona töhmət növündə tənbeh verir. Tənbeh tədbiri yazılı şəkildə əsaslandırılmış qərarla verilir. 51-
7.2. Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsin aşağıdakı əməlləri törətməsi, onun üzərinə qoyulmuş vəzifələri yerinə yetirməkdən boyun qaçırma hesab edilir: 51-
7.2.1. icra məmurunun cəzanın çəkilməsi üçün gəlib qeydiyyatdan keçməsinə dair yazılı bildirişini aldıqdan sonra 3 gün müddətində üzrlü səbəblər olmadan cəzanın icrasına nəzarət edən orqana gəlməməsi; 51-
7.2.2. üzrlü səbəb olmadan məhkəmə tərəfindən müəyyən edilmiş vəzifələri yerinə yetirməməsi; 51-
7.2.3. cəzanın çəkilməsi məsələləri ilə bağlı yazılı izahat vermək üçün icra məmurunun çağırışı ilə gəlməməsi; 51-
7.2.4. barəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi. 51-
7.3. Tənbeh tətbiq edilməzdən əvvəl məhkumdan yazılı izahat alınır. Xətanın müəyyən edildiyi gündən bir ay keçdikdən sonra məhkum barəsində tənbeh tədbiri tətbiq edilə bilməz. Məhkum tətbiq edilmiş tənbeh tədbirindən yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət edə bilər. 51-
7.4. Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxs onun üzərinə qoyulmuş vəzifələri yerinə yetirməkdən mütəmadi və ya qərəzli olaraq Maddə 51-7. ….4. Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxs onun üzərinə qoyulmuş vəzifələri yerinə yetirməkdən mütəmadi və ya qərəzli olaraq boyun qaçırdıqda icra məmuru cəzanın çəkilməmiş hissəsinin müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilməsi üçün məhkəməyə təqdimat verir. 51-
7.5. Üzərinə qoyulmuş vəzifələri yerinə yetirməkdən boyun qaçırdığına görə töhmət almış məhkumun il ərzində daha iki dəfə bu Məcəllənin 51-7.2-ci maddəsində nəzərdə tutulmuş əməlləri törətməsi vəzifələri mütəmadi yerinə yetirməmə hesab edilir. 51-
7.6. Aşağıdakı əməllər azadlığın məhdudlaşdırılması növündə cəzanın icrasından qərəzli boyun qaçırma hesab edilir: 51-
7.6.1. məhkumun müəyyən edilmiş ərazi hüdudlarını icazəsiz tərk etməsi 51-
7.6.2. məhkumun elektron nəzarət vasitəsini gəzdirməkdən imtina etməsi, onu zədələməsi və ya digər üsulla yararsız vəziyyətə salması, yaxud həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün üzrsüz səbəbdən ona xidmət etməməsi; 51-
7.6.3. məhkumun yaşayış yerini bu Məcəllənin 51-3.3 və ya 51-3.6-cı maddələrində nəzərdə tutulmuş icazə olmadan 10 gündən artıq müddətdə tərk etməsi. III bölmə Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaların icrası IX fəsil Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaların icrasının ümumi müddəaları Maddə 51-7. … icrasının ümumi müddəaları