QanunvericilikAzərbaycan Respublikasının Cinayət Məcəlləsi › Maddə 203-1

Maddə 203-1. Qiymətli kağızlar bazarında manipulyasiyalar 203-1.1

Azərbaycan Respublikasının Cinayət Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Qiymətli kağızlar bazarında manipulyasiyalar külli miqdarda ziyan vurmaqla və ya külli miqdarda gəlir əldə etməklə törədildikdə - cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən üç mislinədək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 203-

1.2. Eyni əməllər: 203-

1.2.1. təkrar törədildikdə; 203-

1.2.2. mütəşəkkil dəstə tərəfindən törədildikdə - cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) üç misli miqdarında cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə altı ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd: Bu Məcəllənin 203-1.1-ci maddəsində “manipulyasiyalar” dedikdə, “ Qiymətli kağızlar bazarı haqqında ” Azərbaycan Respublikası Qanununun 78.4-cü maddəsində nəzərdə tutulmuş hərəkətlər başa düşülür.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver