245.1. Müstəntiq axtarış və ya götürmə haqqında qərara əsasən yaşayış binasına, yaxud digər binaya daxil olmaq hüququna malikdir.
245.2. Axtarış və ya götürmə aparılmasından əvvəl müstəntiq barəsində axtarış və ya götürmənin aparıldığı şəxsi bu barədə qərarla tanış etməlidir.
245.3. Müstəntiq axtarış və ya götürməni foto, video və kino çəkilişdən, yaxud digər yazan texniki vasitələrdən istifadə etməklə aparmaq hüququna malikdir. Axtarış və ya götürmə zamanı azı 2 (iki) hal şahidi iştirak etmədikdə videoçəkilişdən istifadə məcburidir.
245.4. Müstəntiq axtarış və ya götürmə faktlarının, habelə onların nəticələrinin və barəsində axtarış aparılan şəxsin şəxsi həyatının hallarının yayılmaması üçün tədbirlər görməlidir.
245.5. Müstəntiq axtarış və ya götürmə qurtaranadək axtarış və ya götürmənin aparıldığı yerdə olan şəxslərə oranı tərk etməyi, habelə öz aralarında və digər şəxslərlə ünsiyyətdə olmalarını qadağan edə bilər.
245.6. Götürmə apararkən müstəntiq qərarı elan etdikdən sonra götürülməli olan əşya və sənədləri könüllü surətdə verməyi təklif edir, bundan imtina edildikdə isə götürməni məcburi aparır.
245.7. Axtarış apararkən müstəntiq qərarı elan etdikdən sonra götürülməli olan əşya və sənədlərin könüllü surətdə verilməsini və gizlənən şəxsin yerinin könüllü göstərilməsini təklif edir. Əşya və sənədlər könüllü verildikdə və ya gizlənən şəxsin yeri könüllü göstərildikdə, bu, protokolda öz əksini tapmalıdır. Axtarıl Maddə 245. Axtarış və ya götürmənin … məsini təklif edir. Əşya və sənədlər könüllü verildikdə və ya gizlənən şəxsin yeri könüllü göstərildikdə, bu, protokolda öz əksini tapmalıdır. Axtarılan əşya və sənədlər verilmədikdə və ya tam verilmədikdə, yaxud gizlənən şəxsin yeri göstərilmədikdə axtarış aparılır.
245.8. Axtarış və ya götürmə zamanı götürülmüş bütün əşya və sənədlər istintaq hərəkətinin iştirakçılarına təqdim edilir, onların müvafiq olaraq miqdarı, ölçüsü, çəkisi, hansı materialdan hazırlanması və digər xüsusi əlamətləri göstərilməklə ətraflı təsvir edilir, əşyalar və sənədlər qablaşdırılır, zərurət olduqda isə müstəntiq tərəfindən möhürlənir.
245.9. Axtarış və ya götürmə apararkən bağlı bina və saxlanc yerlərinin sahibləri onları könüllü surətdə açmaqdan imtina etdikdə müstəntiq həmin bina və saxlanc yerlərini açmağa haqlıdır. 245.10.Axtarış və ya götürmənin aparılması zamanı aşağıdakılar qadağan edilir:
245.10.1. qapıların, qıfılların, digər əşyaların lüzumsuz olaraq zədələnməsi və binada qaydanın pozulması;
245.10.2. kimyəvi və psixotrop maddələrin, habelə insanın səhhətinə və ətraf mühitə ziyan vura biləcək texniki vasitələrin və ya qurğuların istifadə edilməsi.
245.11. Bu Məcəllənin 242.4-cü maddəsində nəzərdə tutulan hallarda axtarış aparılarkən müstəntiq bu Məcəllənin 177.2–177.6-cı maddələrində nəzərdə tutulmuş tələblər nəzərə alınmaqla aşağıdakı tədbirləri görmək hüququna malikdir:
245.11.1. İKT sisteminə, onun hissələrinə, elektron verilənlərin saxlanıldığı daşıyıcılara və ya elektron veril Maddə 245. Axtarış və ya götürmənin … irləri görmək hüququna malikdir:
245.11.1. İKT sisteminə, onun hissələrinə, elektron verilənlərin saxlanıldığı daşıyıcılara və ya elektron verilənlərə daxil olmaq;
245.11.2. axtarılan məlumatların axtarış aparılan yerdən kənarda yerləşən və ilkin axtarış aparılan İKT sistemi vasitəsilə qanuni daxil olmanın mümkün olduğu digər İKT sistemində mövcudluğuna dair kifayət qədər əsaslar olduqda davam edən axtarışı təxirəsalınmadan genişləndirərək həmin İKT sisteminə daxil olmaq;
245.11.3. daxil olduğu İKT sistemində mövcud olan elektron verilənlərə girişi qadağan etmək və ya aşkar zərurət olduğu halda, həmin elektron verilənləri İKT sistemindən silməklə götürmək;
245.11.4. iş üçün əhəmiyyət kəsb edən elektron verilənlərin surətini çıxarmaqla götürmək və saxlamaq;
245.11.5. iş üçün əhəmiyyət kəsb edən elektron verilənlər aşkar olunduqda və ya bu halların mövcudluğunu yerində müəyyən etmək qeyri-mümkün olduqda İKT sistemini, onların hissələrini və ya elektron verilənlərin saxlanıldığı daşıyıcıları götürmək;
245.11.6. İKT sisteminin fəaliyyət göstərməsi və ya orada saxlanılan məlumatların mühafizəsi üçün həyata keçirilən tədbirlər haqqında məlumatlara malik olan şəxslərdən bu Məcəllənin 245.11.1–245.11.5-ci maddələrində nəzərdə tutulmuş tədbirləri həyata keçirməyə imkan verən zəruri məlumatların verilməsini tələb etmək.
245.12. İKT sisteminin, onun hissələrinin, elektron verilənlərin saxlandığı daşıyıcıların götürülməsi nəzərdən keçirildikdə, ilk növbədə onlar götürülmədən elektr Maddə 245. Axtarış və ya götürmənin … sisteminin, onun hissələrinin, elektron verilənlərin saxlandığı daşıyıcıların götürülməsi nəzərdən keçirildikdə, ilk növbədə onlar götürülmədən elektron verilənlərin götürülməsi mümkünlüyü qiymətləndirilir. Elektron verilənlərin götürülməsi zamanı onların zədələnməsi və ya təhrif olunmasını güman etməyə kifayət qədər əsaslar olduqda, yaxud İKT sisteminin, onun hissələrinin, elektron verilənlərin saxlandığı daşıyıcıların götürülməməsi cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane ola biləcəyi hallarda axtarış aparılan ərazidə qanuni fəaliyyətin davamlılığının təmin edilməsi üçün mümkün tədbirlər görülməklə İKT sistemi, onun hissələri, elektron verilənlərin saxlanıldığı daşıyıcılar götürülür.
245.13. Zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan götürülmüş İKT sistemini, onun hissələrini, elektron verilənlərin saxlanıldığı daşıyıcıları və ya elektron verilənləri dərhal qanuni sahibinə qaytarmalıdır.
245.14. Elektron verilənlər götürüldükdə onların tamlığı və təhlükəsiz saxlanılması təmin edilməlidir. Daşıyıcıya köçürüldüyü zaman elektron verilənlərin zədələnməsi və ya təhrif olunmasını güman etməyə kifayət qədər əsaslar olduqda və ya cinayət işinin istintaqına mane ola bilən hallarda zəruri prosessual hərəkətlər yerinə yetirilənədək elektron verilənlərin köçürülməsinə yol verilmir. Maddə 245. Axtarış və ya götürmənin … yol verilmir.