QanunvericilikAzərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi › Maddə 467-12

Maddə 467-12. Cinayət təqibi üzrə qiyabi icraatın xüsusiyyətləri

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

467-

12.1. Cinayət təqibi üzrə qiyabi icraat bu fəsildə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllədə nəzərdə tutulmuş ümumi qaydalara uyğun olaraq aparılır. 467-

12.2. Cinayət təqibi üzrə qiyabi icraat aparıldıqda bu Məcəllənin 91-ci maddəsində nəzərdə tutulmuş hüquqlar cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir. 467-

12.3. Məhkəməyədək qiyabi icraat yalnız ibtidai istintaq şəklində aparılır. 467-

12.4. Barəsində cinayət təqibi üzrə qiyabi icraat aparılan təqsirləndirilən şəxsə dair cinayət işi ayrıca icraata ayrılır. 467-

12.5. Yetkinlik yaşına çatmayan şəxslər barəsində cinayət təqibi üzrə qiyabi icraatın aparılmasına yol verilmir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver