467-
13.1. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100–119, 137, 144–145, 178, 179, 182, 193-1, 204, 205, 206, 206-1, 208, 214–219-1, 228, 274–283-1, 308–314-3, 318, 318-1, 319 və 324-cü maddələri, eləcə də həmin maddələrlə yanaşı eyni bir cinayət işi çərçivəsində cinayətlərin məcmusu üzrə həmin Məcəllənin digər maddələri ilə ittiham olunan təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının ərazisindən kənarda istintaqdan və ya məhkəmədən gizləndiyi və ya çağırışa gəlməkdən qəsdən boyun qaçırdığı üçün cinayət prosesində şəxsən iştirakının təmin edilməsi mümkün olmadıqda onun barəsində cinayət təqibi qiyabi icraat qaydasında aparıla bilər. 467-
13.2. Təqsirləndirilən şəxsin bu Məcəllənin 54-1 – 54-4-cü maddələrində nəzərdə tutulmuş qaydada cinayət prosesini həyata keçirən orqana çağırılması nəticə vermədikdə, cinayət prosesini həyata keçirən orqandan gizlənən və ya çağırışa gəlməkdən qəsdən boyun qaçıran şəxsə ittiham elan etmək üçün onun tutulması, axtarışı, eləcə də bu Məcəllə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilmiş qaydada verilməsi (ekstradisiyası) üçün tədbirlər görülür. 467-
13.3. Cinayət prosesini həyata keçirən orqan təqsirləndirilən şəxsin bu Məcəllənin 54-1 – 54-4-cü maddələrində nəzərdə tutulmuş qaydada çağırılmasını həyata keçirdikdə, eyni zamanda barəsində cinayət təqibinin qiyabi icraat qaydasında keçirilməsi imkanı barədə onu məlumatlandırır, habelə həmin Maddə 467-13. Cinayət təqibi üzrə qiyabi … asını həyata keçirdikdə, eyni zamanda barəsində cinayət təqibinin qiyabi icraat qaydasında keçirilməsi imkanı barədə onu məlumatlandırır, habelə həmin icraatda özünün seçimi əsasında müdafiəçi vasitəsilə təmsil olunmaq hüququndan istifadə etmək istədiyi halda, müdafiəçisi barədə məlumatları cinayət prosesini həyata keçirən orqana göndərməli olduğunu bildirir. 467-
13.4. Bu Məcəllənin 467-13.2-ci maddəsində nəzərdə tutulmuş tədbirlər nəticə vermədikdə, cinayət prosesini həyata keçirən orqan təqsirsizlik prezumpsiyasına riayət etməklə, bu Məcəllənin 54-2.1-ci maddəsində nəzərdə tutulmuş məlumatları (çağırış vərəqəsinin verilməli olduğu şəxsin ünvanı istisna olmaqla) ictimai televiziya və radio vasitəsilə yayımlayır və rəsmi internet səhifəsində dərc etdirir. 467-
13.5. Təqsirləndirilən şəxs cinayət təqibi üzrə icraatın hər hansı mərhələsində şəxsən iştirak etdikdən sonra istintaq və ya məhkəmədən gizləndikdə, onun bu Məcəllənin 467-13.4-cü maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılması tələb edilmir və həmin şəxs cinayət təqibinin qiyabi icraat qaydasında aparılmasından məlumatlı hesab olunur. 467-
13.6. Məhkəməyədək icraat zamanı cinayət təqibi üzrə qiyabi icraatın açılması barədə qərar müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun yuxarı prokurorla razılaşdırılmış təqdimatı əsasında məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən qəbul olunur. Vəsatətə bu Məcəllənin 442 – 454-cü maddələrində müəyyən edilmiş qaydada baxı Maddə 467-13. Cinayət təqibi üzrə qiyabi … sında məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən qəbul olunur. Vəsatətə bu Məcəllənin 442 – 454-cü maddələrində müəyyən edilmiş qaydada baxılır. 467-
13.7. Təqsirləndirilən şəxsin özünün seçdiyi müdafiəçi barədə məlumat olmadıqda, cinayət təqibi üzrə qiyabi icraatın açılması barədə məsələyə baxılmasında müdafiəçinin iştirakı cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilir. Təqsirləndirilən şəxsə verilməli olan prosessual sənədlərin surətləri müdafiəçiyə təqdim edilir. 467-
13.8. Məhkəmənin hazırlıq iclası və ya məhkəmə baxışı zamanı, habelə apellyasiya və kassasiya instansiyası məhkəmələrində cinayət təqibi üzrə qiyabi icraatın açılması barədə məsələ məhkəmənin öz təşəbbüsü ilə və ya ittiham tərəfinin vəsatəti əsasında işə baxan məhkəmənin qərarı ilə həll edilir. 467-
13.9. Cinayət təqibi üzrə qiyabi icraatın açılması barədə qərar yalnız təqsirləndirilən şəxs barəsində axtarış elan olunduğu vaxtdan 3 ay keçdikdən sonra qəbul edilə bilər. 467-
13.10. Cinayət təqibi üzrə qiyabi icraatın açılması barədə məsələyə baxılarkən məhkəmə tərəfindən aşağıdakı hallar nəzərə alınır: 467-
13.10.1. təqsirləndirilən şəxsin bu Məcəllədə nəzərdə tutulmuş qaydada çağırılması, olduğu yerin müəyyən edilməsi və cinayət prosesini həyata keçirən orqanın sərəncamına verilməsi üçün görülən tədbirlər; 467-
13.10.2. təqsirləndirilən şəxsin hüquqi yardım almaq və müdafiə hüququnun təmin edilməsi; 467-
13.10.3. təqsirləndirilən şəxsin bu Məcəllədə və Azərbaycan Respublikasının tərəfdar ç Maddə 467-13. Cinayət təqibi üzrə qiyabi … in hüquqi yardım almaq və müdafiə hüququnun təmin edilməsi; 467-
13.10.3. təqsirləndirilən şəxsin bu Məcəllədə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş qaydada axtarışı və verilməsi (ekstradisiyası) üçün görülmüş tədbirlər. 467-
13.11. Cinayət təqibi üzrə qiyabi icraatın açılması məsələsi ilə bağlı məhkəmə qərarının surəti, həmin qərar çıxarıldıqdan sonra 3 gündən gec olmayaraq vəsatəti vermiş şəxsə, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, təqsirləndirilən şəxsin müdafiəçisinə və təqsirləndirilən şəxsə (istintaqdan və ya məhkəmədən gizlənməsi müəyyən edildiyi hallar istisna olmaqla) məhkəmə tərəfindən göndərilir.