Qanunvericilik › Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 13

Maddə 13. Qanunla qorunan sirr rejiminə dair tələblər

Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

13.1. Dövlət sirri istisna olmaqla, habelə bu Qanunun 13.2-ci maddəsinin müddəaları nəzərə alınmaqla, qanunvericiliklə müəyyən edilmiş bütün digər sirlərin qorunması rejiminə əsaslanaraq bu Qanunun tələbləri çərçivəsində məlumat və sənədlərin maliyyə monitorinqi orqanına və nəzarət tədbirlərinin həyata keçirilməsi ilə bağlı nəzarət orqanlarına təqdim edilməsindən imtina oluna bilməz.

13.2. Bu Qanunun 11.2-ci, 11.3.1-ci və 11.3.3-cü maddələrinin tələbləri müştərinin hüquqi vəziyyətinin müəyyən edilməsi zamanı və ya onun məhkəmə, inzibati, arbitraj və mediasiya qaydasında müdafiə (təmsil) edilməsi ilə əlaqədar əldə edilən (məlumatların məhkəmə icraatından əvvəl, icraat zamanı və ya icraatdan sonra əldə edilməsindən asılı olmayaraq), vəkil və ya digər peşə sirrini təşkil edən məlumat və sənədlərə şamil edilmir. Qeyri-maliyyə institutları və peşə sahibləri müştərinin cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və ya terrorçuluğun maliyyələşdirilməsi əməllərində iştirak etdiyi, yaxud müştəriyə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və ya terrorçuluğun maliyyələşdirilməsi əməllərinin törədilməsi məqsədilə hüquqi məsləhətlər verdiyi və ya müştərinin həmin məqsədlərlə hüquqi məsləhət almaq istədiyini bildiyi halda belə hüquqi məsləhətlər verdikdə və ya eyni məqsədlə əqdlərin bağlanmasına, əməliyyatların həyata keçirilməsinə cəhd etdikdə, belə əməllər müştərinin hüquqi vəziyyətinin müəyyən edilməsi hesab edilmir və bu Qanunun 11.2-ci, 11.3.1-ci və 11.3.3-cü maddələrinin tələblərinə riayət etmək vəzifəsindən azad etmir.

13.3. Vəkil və ya peşə sirrinin qorunması vəzifəsi olan digər öhdəlik daşıyan şəxslər müştərinin hüquqi vəziyyətinin müəyyən edilməsi məqsədilə bu Qanunun tələblərindən irəli gələn bütün tədbirləri həyata keçirməlidirlər. Bu tələblər icra edilmədən onların iştirakı ilə əqdlərin bağlanması, əməliyyatların həyata keçirilməsi, eləcə də belə əqdlərin bağlanması, əməliyyatların həyata keçirilməsi üçün məsləhətlərin verilməsi qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver