2.1. Bu Qanun cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı əməllərin aşkar edilməsi və qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər, hüquqi şəxslər, xarici hüquqi təsisatlar, habelə nəzarət orqanları və digər dövlət orqanları (qurumlar) arasındakı münasibətləri tənzimləyir.
2.2. Bu Qanun cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə əlaqədar olan və Azərbaycan Respublikasının yurisdiksiyasından kənarda həyata keçirilən fəaliyyətə münasibətdə Azərbaycan Respublikasının götürdüyü beynəlxalq öhdəliklərə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun qaydada tətbiq olunur.