3.1. Bu Qanunun tələbləri kazino oyunlarının təşkilatçıları və operatorları istisna olmaqla, digər qeyri-maliyyə institutları və peşə sahiblərinə münasibətdə aşağıdakı hallarda tətbiq olunur:
3.1.1. rieltorlar daşınmaz əmlakın alqı-satqısı üzrə əməliyyatlar apardıqda;
3.1.2. notariuslar, vəkillər, hüquq, mühasibat və vergi məsləhəti xidmətləri göstərən müstəqil şəxslər aşağıdakı əməliyyatları apardıqda və ya bu cür əməliyyatların aparılmasında iştirak etdikdə:
3.1.2.1. daşınmaz əmlakın alqı-satqısı;
3.1.2.2. müştərinin pul vəsaitlərinin, qiymətli kağızlarının və ya digər əmlakının idarə olunması;
3.1.2.3. müştərinin bank, depo, poçt, ödəniş və pul hesablarının idarə olunması;
3.1.2.4. hüquqi şəxslərin yaradılması, onların fəaliyyətinin təmin və idarə edilməsi, bu məqsədlərlə pul vəsaitlərinin toplanmasının təşkili, habelə hüquqi şəxslərin səhmlərinin və ya paylarının alqı-satqısı.
3.2. Kazino oyunlarının təşkilatçısına və operatoruna münasibətdə bu Qanunun 4–8-ci maddələrinin tələbləri müştəri tərəfindən üç min manat məbləğində və ya daha artıq məbləğdə maliyyə əməliyyatları həyata keçirildikdə tətbiq edilir.