Qanunvericilik › Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 20

Maddə 20. Ölkədaxili əməkdaşlıq

Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

20.1. Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak edir, bu sahədə qanunvericiliyin icra vəziyyətini öyrənir və ümumiləşdirir, dövlət proqramlarının icrasına nəzarəti həyata keçirir.

20.2. Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılması və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində əlaqələndirmənin təmin edilməsi, bu sahələrdə ölkə səviyyəsində risk qiymətləndirilməsinin (bundan sonra – ölkə risk qiymətləndirilməsi) həyata keçirilməsi, fəaliyyət planlarının və qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı layihələrin hazırlanması, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sisteminin effektivliyinin artırılması, mərkəzi icra hakimiyyəti və cinayət təqibi orqanları, məhkəmələr və digər qurumlar arasında əməkdaşlıq mexanizmlərinin formalaşdırılması məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının, cinayət təqibi orqanlarının, nəzarət orqanlarının, məhkəmələrin, digər dövlət orqanlarının (qurumların) və qeyri-hökumət təşkilatlarının nümayəndələrindən ibarət tərkibdə koordinasiya şurası (bundan sonra – Koordinasiya Şurası) yaradılır.

20.3. Koordinasiya Şurasının iş qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

20.4. Koordinasiya Şurası müvafiq sahələr üzrə işçi qruplar yaradır və onların fəaliyyətinə nəzarət edir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver