Qanunvericilik › Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 23

Maddə 23. Məsuliyyətdən azadolma

Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

İstənilən şəxs, o cümlədən öhdəlik daşıyan şəxslər, habelə onların əmək və ya digər mülki hüquqi müqavilələr əsasında işləyən əməkdaşları, eləcə də nəzarət orqanlarının əməkdaşları monitorinq olunmalı əməliyyatlar barədə məlumat və sənədləri bu Qanunun tələblərinə uyğun olaraq vicdanla maliyyə monitorinqi orqanına təqdim etdikdə, bu Qanuna, tərəflər arasında mövcud olan müqaviləyə, eləcə də inzibati və digər tənzimləyici sənədə uyğun açıqlanması məhdudlaşdırılmış məlumat və sənədlərin yayılmasına görə yarana biləcək məsuliyyətdən azaddırlar.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver