Qanunvericilik › Daşınar əmlakın yüklülüyü haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 24

Maddə 24. Yüklülüyə dəyişikliklər edilməsi haqqında bildirişin reyestrə daxil edilməsinin ümumi qaydaları

Daşınar əmlakın yüklülüyü haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

24.1. Aşağıdakı hallarda yüklülük sahibi tərəfindən ona məlum olduğu andan yüklülüyə dəyişikliklər edilməsi haqqında bildiriş reyestrə daxil edilir:

24.1.1. yüklülük predmeti əvəz edildikdə və ya yüklülük predmetinin tərkibində hər hansı dəyişikliklər edildikdə, o cümlədən bir növ daşınar əmlak digər növ daşınar əmlaka çevrildikdə, habelə yüklülük predmetinin təsvirində dəyişiklik edildikdə;

24.1.2. qanun və müqavilə əsasında yüklülük sahibi, yüklülük verən və borclu başqası ilə əvəz edildikdə;

24.1.3. bu Qanunun 21.1.1-ci – 21.1.4-cü maddələrində nəzərdə tutulan məlumatlarda dəyişiklik baş verdikdə;

24.1.4. qanun və müqavilə əsasında yüklülük haqqında bildirişin etibarlılıq müddəti dəyişdirildikdə;

24.1.5. qanunla və müqavilə ilə müəyyən edilmiş digər hallarda.

24.2. Yüklülüyə dəyişikliklər edilməsi haqqında bildirişdə aşağıdakı məlumatlar göstərilməlidir:

24.2.1. dəyişiklik olunan yüklülük haqqında bildirişin qeydiyyat nömrəsi;

24.2.2. yüklülüyə dəyişikliklər edilməsi haqqında bildirişi reyestrə daxil edən qurum və ya şəxs barədə bu Qanunun 21.1.1-ci və 21.1.2-ci maddələrində nəzərdə tutulan məlumatlar;

24.2.3. reyestrə inteqrasiya olunmuş digər elektron informasiya sistemləri vasitəsilə daxil edilən dövlət və bələdiyyə yüklülükləri üzrə bildirişlər istisna olmaqla, yüklülüyə dəyişikliklər edilməsi haqqında bildirişin reyestrə daxil edilməsinə əsas olan hallar haqqında məlumatlar;

24.2.4. yüklülüyün predmetində dəyişikliklər edildikdə və ya borclu əvəz edildikdə, yüklülük verənin məlumatların reyestrə daxil edilməsi üçün razılıq verməsinin xananın işarələnməsi yolu ilə təsdiqi (yüklülük sahibinin dövlət orqanı və ya bələdiyyə olması istisna olmaqla);

24.2.5. bu Qanunun 20.10-cu maddəsinə uyğun olaraq, təsdiq ediləcək qaydalarda göstərilən digər məlumatlar.

24.3. Bu Qanunun 24.2.4-cü maddəsində göstərilən təsdiqin edilməsi üçün bu Qanunun 21.5-ci maddəsində nəzərdə tutulan qaydada razılıq verilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver