10.1. Dövlət kadastrının torpaqla bağlı məlumatlarının dövri olaraq yenilənməsini təmin etmək üçün Azərbaycan Respublikasının bütün ərazi vahidləri üzrə torpaq sahələrinin yerdə (naturada) tədqiqatı aparılır və dövlət kadastrında müvafiq dəyişikliklər edilir.
10.2. Torpaq sahələrinin yerdə (naturada) tədqiqatı aşağıdakı müddətlərdə aparılır:
10.2.1. torpaq və geobotaniki tədqiqat - 10 ildə bir dəfə;
10.2.2. aqrokimyəvi tədqiqat - 5 ildə bir dəfə.
10.3. Torpaq mülkiyyətçisinin, icarəçisinin və ya istifadəçisinin sifarişi ilə tədqiqat işləri müvafiq müddətlər gözlənilmədən aparıla bilər.