Qanunvericilik › Daşınmaz əmlakın dövlət kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 9

Maddə 9. Dövlət kadastr sənədləri

Daşınmaz əmlakın dövlət kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

9.1. Dövlət kadastr sənədləri texniki pasport və kadastr xəritəsidir.

9.2. Dövlət kadastr sənədlərinin məzmunu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

9.3. Dövlət kadastrına daxil edilmiş hər bir dövlət kadastr obyektinin dövlət kadastr sənədi hüquq sahibinin müraciəti əsasında Sistem vasitəsilə Elektron Hökumət İnformasiya Sistemi üzərindən 5 iş günü müddətində verilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver