5.1. Qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla, daxili audit xidməti işinin planlaşdırılmasında, daxili auditin aparılmasında və auditlə bağlı hesabatların hazırlanmasında müstəqildir.
5.2. Daxili audit xidməti təsərrüfat subyektinin icra orqanlarının səlahiyyətinə aid işlərə, habelə öz səlahiyyətinə aid olmayan proqram və layihələrin hazırlanmasına və ya icrasına cəlb edilə bilməz.
5.3. Daxili audit xidməti təsərrüfat subyektinin tabeli müəssisə və təşkilatlarında (onun törəmə təsərrüfat cəmiyyətlərində) daxili nəzarət sisteminin təşkili işində məsləhət xidmətləri göstərə bilər.