Qanunvericilik › Daxili audit haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 6

Maddə 6. Daxili auditorun hüquqları

Daxili audit haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

6.0. Daxili auditor aşağıdakı hüquqlara malikdir:

6.0.1. təsərrüfat subyektinin fəaliyyətinin təhlilini aparmaq üçün elektron məlumatlar da daxil olmaqla, pul vəsaitləri, daşınmaz əmlak, maddi aktivlər və s. barədə sənədləri tələb etmək;

6.0.2. maliyyə vəsaitlərindən səmərəli və təyinatı üzrə istifadə edilməsinin düzgünlüyünü araşdırmaq;

6.0.3. auditin nəticəsinə dair rəy bildirmək;

6.0.4. zəruri hallarda təsərrüfat subyektinin vəzifəli şəxslərindən əlavə məlumatlar və izahatlar almaq;

6.0.5. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver