7.1. Daxili auditor daxili auditi təsərrüfat subyektinin müvafiq idarəetmə orqanı və ya Audit Komitəsi tərəfindən təsdiq edilmiş iş planına uyğun olaraq həyata keçirir.
7.2. Daxili auditor daxili auditi həyata keçirərkən Azərbaycan Respublikasının qanunvericiliyinə, daxili audit xidmətinin Əsasnaməsinə, Azərbaycan Respublikasının üzv olduğu Daxili Auditorlar İnstitutu (DAİ) tərəfindən müəyyən edilmiş peşə standartlarına, prinsiplərə, təlimatlara, qaydalara əməl etməlidir.
7.3. Daxili auditor öz vəzifələrinin icrası zamanı fəaliyyətinin qanunvericiliyə uyğun olmasına məsuliyyət daşıyır.
7.4. Daxili auditor daxili audit xidmətinin və ya təsərrüfat subyektinin müvafiq idarəetmə orqanına yazılı məlumat verməklə, səlahiyyətinə aid olmayan hər hansı tapşırığın icrasından imtina etməlidir.
7.5. Daxili auditor daxili audit zamanı təsərrüfat subyektinin normal fəaliyyətinə mane olmamalı, fəaliyyəti ilə əlaqədar əldə etdiyi kommersiya sirri daşıyan məlumatlardan sui-istifadə etməməli və məxfilik prinsipinə əməl etməlidir.