Qanunvericilik › Əmtəə birjası haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 13

Maddə 13. Əmtəə birjasının idarəetmə orqanları

Əmtəə birjası haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1. Birjanın ali və idarəetmə orqanı onun üzvlərinin ümumi yığıncağıdır. Ümumi yığıncaqlar arasındakı müddətdə əmtəə birjasına rəhbərliyi birja komitəsi (birja şurası) həyata keçirir.

2. Birjanın nəzarət (təftiş) komissiyası onun nəzarət orqanıdır.

3. Birja komitəsi (birja şurası) və nəzarət (təftiş) komissiyası əmtəə birjası üzvlərinin ümumi yığıncağı tərəfindən seçilir, onların səlahiyyəti və hüquqları əmtəə birjasının nizamnaməsi ilə müəyyənləşdirilir.

4. Əmtəə birjasının fəaliyyətinə operativ rəhbərliyi birja komitəsinin (birja şurasının) təyin etdiyi idarə heyəti həyata keçirir.

İdarə heyəti birjanın fəaliyyət göstərməsini təmin edir və onun bütün struktur bölmələrinə rəhbərlik edir.

Birjanın struktur bölmələri birja komitəsinin (birja şurasının) təsdiq etdiyi əsasnaməyə uyğun fəaliyyət göstərir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver