Qanunvericilik › Fitosanitar nəzarəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 14

Maddə 14. İxrac (təkrar ixrac) edilən məhsulların sertifikatlaşdırılması

Fitosanitar nəzarəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

14.1. Azərbaycan Respublikasından ixrac (təkrar ixrac) edilən bitki və bitkiçilik məhsullarının, idxal olunan ölkələr tərəfindən tələb edildiyi halda, beynəlxalq standartların tələblərinə uyğunluğunu təmin etmək məqsədilə fitosanitar (təkrar ixrac fitosanitar) sertifikatlaşdırılması aparılır.

14.2. Fitosanitar sertifikatlar və ya onların elektron əvəzediciləri beynəlxalq standartların tələbləri nəzərə alınmaqla tərtib edilməli və verilməlidir.

Fitosanitar sertifikatlarda təsdiq edilməmiş dəyişiklik və düzəlişlərin aparılmasına yol verilmir.

14.3. İxrac (təkrar ixrac) edilən bitki və bitkiçilik məhsullarına fitosanitar (təkrar ixrac fitosanitar) sertifikatları müvafiq icra hakimiyyəti orqanı tərəfindən aşağıdakı hallarda verilir:

14.3.1. sertifikatın verilməsi üçün müraciət edildikdə və dövlət rüsumu ödənildikdə;

14.3.2. qanunvericiliklə müəyyən edilmiş qaydada tələb olunan müvafiq sənədlər təqdim olunduqda;

14.3.3. sertifikat verilməsi nəzərdə tutulan yüklər, baxış keçirilməsi və digər tədbirlərin aparılması üçün təqdim edildikdə;

14.3.4. göndərilən yüklər beynəlxalq standartların tələblərinə cavab verdikdə.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver