7.1. Fitosanitar nəzarəti sahəsində dövlətin vəzifələri aşağıdakılardır:
7.1.1. fitosanitar nəzarəti sahəsində dövlət siyasətinin əsas istiqamətlərini müəyyən etmək və normativ hüquqi aktlar qəbul etmək;
7.1.2. bitki mühafizəsi üzrə respublika və regional əhəmiyyətli texnoloji reqlamentlər və proqramlar hazırlamaq və təsdiq etmək;
7.1.4. fitosanitar nəzarəti sahəsində beynəlxalq əməkdaşlığı həyata keçirmək;
7.1.6. Azərbaycan Respublikasında aşkar edilməyən, məhdud dairədə yayılmış və ölkə üçün potensial təhlükə törədə bilən karantin tətbiq edilən zərərli orqanizmlərin siyahısını təsdiq etmək;
7.1.6-1. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla bitki və bitkiçilik məhsullarına daxili karantin sertifikatının, həmin məhsulların ixracına (təkrar ixracına) fitosanitar (təkrar ixrac fitosanitar) sertifikatının verilməsi qaydasını müəyyən etmək;
7.1.7. dövlət fitosanitar nəzarəti sahəsində istifadə olunan normativ sənədlərin beynəlxalq normalara uyğunlaşdırılması üçün tədbirlər görmək;
7.1.9. qeyri-dövlət fitosanitar xidmətinin fəaliyyətinə dövlət nəzarətini həyata keçirmək.
7.2. Azərbaycan Respublikasında fitosanitar nəzarətini (dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilmiş yüklər (mallar, məhsullar) üzərində fitosanitar nəzarəti ilə bağlı tədbirləri isə gömrük orqanları ilə birlikdə) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir.
7.3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fitosanitar nəzarətini bu Qanunun, sahibkarlara münasibətdə isə, həmçinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirir.
Maddə 1 2. Hüquqi və fiziki şəxslərin fitosanitar nəzarəti sahəsində vəzifə və öhdəlikləri
12.1. Hüquqi və fiziki şəxslərin fitosanitar nəzarəti sahəsində vəzifə və öhdəlikləri aşağıdakılardır:
12.1.1. öz ərazilərində və obyektlərində müvafiq icra hakimiyyəti orqanının müraciətinə əsasən fitosanitar nəzarəti və baxışının keçirilməsi və fitosanitar nəzarətində olan karantin obyektlərinin və ya bitki mühafizə vasitələrinin təqdim edilməsi üçün şərait yaratmaq;
12.1.2. bitki mühafizə vasitələrinin saxlanmasında, daşınmasında, istifadə edilməsində və zərərsizləşdirilməsində qanunvericiliklə müəyyən edilmiş qaydalara riayət etmək, ətraf mühitin zəhərli kimyəvi maddələrlə çirklənməsinə yol verməmək;
12.1.3. karantin tətbiq edilən zərərli orqanizmlərin yayılmasının qarşısını almaq və ya məhdudlaşdırmaq üçün fitosanitar tədbirlərin qanunvericiliyə uyğun yerinə yetirilməsini təmin etmək;
12.1.4. fitosanitar tədbirlərin yerinə yetirilməsi üçün müvafiq icra hakimiyyəti orqanının qərarlarına əməl etmək;
12.1.5. fəaliyyət göstərdikləri ərazilərdə və digər yerlərdə karantin tətbiq edilən zərərli orqanizmlərin mövcudluğu barədə müvafiq icra hakimiyyəti orqanına vaxtında məlumat vermək;
12.1.6. karantin nəzarətində olan materialların xüsusi təyin edilmiş yerlərdən kənarda zərərsizləşdirilməsinə yol verməmək;
12.1.7. fitosanitar nəzarətində olan karantin obyektlərinin zərərsizləşdirilməsi və təmizlənməsi məqsədi ilə bu tədbirlərin görülməsi üçün köməkçi işçilər ayırmaq;
12.1.8. Azərbaycan Respublikasının qanunvericiliyi ilə fitosanitar nəzarəti sahəsində nəzərdə tutulan digər vəzifə və öhdəlikləri yerinə yetirmək.
12.2. Hüquqi və fiziki şəxslər fitosanitar tədbirlərin həyata keçirilməsinə kömək göstərilməsi üçün öz vəsaitləri hesabına məqsədli fondlar yarada bilərlər.
Maddə 1 3. İdxal olunmuş məhsullara tətbiq edilən fitosanitar tədbirlər
13.1. Azərbaycan Respublikasının ərazisinə başqa dövlətlərdən zərərli orqanizmlərin daxil olmasının və yayılmasının qarşısını almaq məqsədilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) fitosanitar nəzarəti məntəqələri təşkil edilir. Fitosanitar nəzarəti məntəqələrinin (dövlət sərhədinin buraxılış məntəqələri istisna olmaqla) yerləşdirilməsi və fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir. Bu məntəqələr öz fəaliyyətini qanunvericiliklə müəyyən edilmiş qaydada aidiyyəti orqanlarla əlaqələndirir.
13.2. İdxal olunan bitki və bitkiçilik məhsullarının müvafiq sənədlərlə müşayiət olunmadığı və zərərli orqanizmlərlə sirayətlənməsi riski mövcud olduğu halda onların ölkə ərazisinə daxil olmasının və yayılmasının qarşısının alınması məqsədi ilə gömrük orqanları müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir. Müvafiq icra hakimiyyəti orqanı öz növbəsində aşağıdakı fitosanitar tədbirləri həyata keçirir:
13.2.1. analiz (test), müayinə, məhsulun saxlanması və məhv edilməsi məqsədi ilə bitki və bitkiçilik məhsullarını, digər karantin nəzarətində olan materialları ölkə daxilində yerləşən fitosanitar nəzarəti məntəqələrində saxlamaq, geri qaytarmaq və onların idxalına məhdudiyyətlər qoymaq;
13.2.2. bitki və bitkiçilik məhsullarının respublikaya gətirilməsini qadağan etmək və ya məhdudlaşdırmaq.
13.4. Azərbaycan Respublikasının ərazisi üçün ciddi təhlükə yaradan karantin tətbiq edilən zərərli orqanizmlər aşkar edildikdə müvafiq təxirəsalınmaz tədbirlər görülür və bu barədə əlaqədar beynəlxalq təşkilatlara məlumat verilir.
13.5. Zərərli orqanizmlərlə sirayətlənməsi riskinin mövcud olduğu müəyyən edildiyi halda müvafiq icra hakimiyyəti orqanı tərəfindən idxal edənə aşağıdakılar barədə yazılı bildiriş verilir:
13.5.1. yüklərin fitosanitar nəzarəti məntəqəsinə aparılaraq karantin rejiminin tətbiq olunması;
13.5.2. yüklərdən ekspertiza və analiz aparmaq məqsədilə nümunələr götürülməsi və nəticələr əldə olunanadək yükün saxlanılması;
13.5.3. karantin tətbiq edilən zərərli orqanizmlərin zərərsizləşdirilməsi məqsədi ilə yükün götürülməsi və zərərsizləşdirmə prosesindən sonra sahibinə qaytarılması;
13.5.4. zərərsizləşdirmə məqsədilə yükün boşaldılıb yenidən yüklənməsi;
13.5.5. yükün məhv edilməsinin zəruriliyi.
13.6. Karantin tətbiq edilən zərərli orqanizmlərlə sirayətlənmiş yük zərərsizləşdirildikdən sonra müəyyən olunmuş vaxt ərzində sahibi tərəfindən geri götürülmədikdə müvafiq icra hakimiyyəti orqanı yükün məhv edilməsi barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada qərar qəbul edir.
13.7. Fitosanitar nəzarəti zamanı həyata keçirilən fitosanitar tədbirlərin xərci və məhv edilən yükün dəyərinin məsuliyyəti idxal edənin üzərinə düşür.
13.8. Poçtamtlar vasitəsilə gətirilən bitki və bitkiçilik məhsulları, bitki mühafizə vasitələri və digər yüklər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məntəqələrdən (dövlət sərhədinin buraxılış məntəqələrində istisna olmaqla) qəbul edilir. Bu məntəqələrin siyahısı müvafiq icra hakimiyyəti orqanları tərəfindən razılaşdırılaraq təsdiq edilir və bitki mühafizəsi və karantini üzrə beynəlxalq təşkilatlara və yük göndərən ölkələrə sorğu əsasında məlumat verilir.