Qanunvericilik › Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 7

Maddə 7. Hidrotexniki qurğuların təhlükəsizliyinin təmin olunması üzrə dövlətin vəzifələri

Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

7.0. Hidrotexniki qurğuların təhlükəsizliyinin təmin olunması üzrə dövlətin vəzifələri aşağıdakılardır:

7.0.1. qurğuların təhlükəsizliyinin təmin olunması üzrə dövlət proqramları hazırlamaq və həyata keçirmək;

7.0.2. qurğuların təhlükəsizliyi sahəsində elmi-texniki siyasəti müəyyən etmək və beynəlxalq əməkdaşlığı həyata keçirmək;

7.0.3. qurğuların təhlükəsizliyi üzrə təsnifatını və mühafizə rejimini müəyyən etmək;

7.0.4. qurğuların dövlət reyestrinin tərtib edilməsi və aparılması qaydalarını müəyyən etmək;

7.0.5. qurğuların təhlükəsizlik bəyannaməsinin ekspertizasının keçirilməsi və tərtib olunma qaydalarını təsdiq etmək;

7.0.6. qurğularda qəza hadisələrinin texniki təhqiqatının aparılması üzrə xüsusi komissiya təşkil etmək;

7.0.7. qurğuların etibarlılığını, təhlükəsiz istismar qaydalarını və tələblərini özündə əks etdirən normativlərin və standartların işlənməsini və təsdiqini təşkil etmək;

7.0.8. qurğuların təhlükəsizliyi üzrə dövlət nəzarətinin həyata keçirilməsi qaydalarını müəyyən etmək;

7.0.9. təbii fəlakət nəticəsində qəzaya uğramış, zədələnmiş və dağılmış qurğuların ləğv olunması, bərpası və ya konservasiyası barədə qərar qəbul etmək;

7.0.10. qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver