14.1. Paylı investisiya fondunun investisiya bəyannaməsi idarəçi tərəfindən qəbul edilir və özündə aşağıdakıları əks etdirir:
14.1.1. fondun investisiya strategiyası;
14.1.1-1. vençur kapitalı fondu fəaliyyəti ilə məşğul olan qapalı paylı investisiya fondunun peşəkar investorlardan cəlb edilən pul vəsaitlərinin bu Qanunun 9-1.3-cü maddəsində nəzərdə tutulan məqsədlərə və Mərkəzi Bank tərəfindən müəyyən edilmiş qaydada investisiya qiymətli kağızlarına investisiya edilməsi haqqında məlumat;
14.1.2. payların marketinq və satış strategiyası;
14.1.3. investisiya istiqamətləri və sahələri haqqında məlumat;
14.1.4. investisiya şərtləri;
14.1.5. fondun aktivlərinin diversifikasiyası şərtləri;
14.1.6. investisiyaların həyata keçirilməsi ilə bağlı risklər;
14.1.7. investisiya fəaliyyətinə dair məhdudiyyətlər;
14.1.8 dividendlərin ödənilməsi qaydası (nəzərdə tutulduqda).