Qanunvericilik › İnvestisiya fondları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 15

Maddə 15. Paylı investisiya fondunun idarə edilməsi qaydalarına əlavə və dəyişikliklər edilməsi

İnvestisiya fondları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

15.1. Açıq və interval paylı investisiya fondunun idarə edilməsi qaydalarına əlavə və dəyişikliklər edilməsi haqqında qərar idarəçi tərəfindən qəbul olunur.

15.2. Qapalı paylı investisiya fondunun idarə edilməsi qaydalarına əlavə və dəyişikliklər edilməsi haqqında qərar pay mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən qəbul olunur.

15.3. Paylı investisiya fondunun idarə edilməsi qaydalarına əlavə və (və ya) dəyişikliklərin dövlət qeydiyyatına alınması barədə ərizə müvafiq qərarın qəbul edildiyi tarixdən 5 iş günü ərzində Mərkəzi Banka təqdim olunur.

15.4. Paylı investisiya fondunun idarə edilməsi qaydalarına əlavə və (və ya) dəyişikliklər müvafiq ərizənin daxil olduğu gündən 10 iş günü ərzində Mərkəzi Bank tərəfindən baxılır və imtina üçün əsas olmadıqda, dövlət qeydiyyatına alınır.

15.5. Paylı investisiya fondunun idarə edilməsi qaydalarına edilmiş əlavə və (və ya) dəyişikliklər qanunvericiliyin tələblərinə zidd olduqda və ya pay mülkiyyətçilərinin hüquqlarını məhdudlaşdırdıqda, Mərkəzi Bank onları dövlət qeydiyyatına almaqdan imtina edir və imtinanın səbəbləri göstərilməklə, idarəçiyə 2 iş günü ərzində bildiriş göndərir. İmtinadan məhkəmə qaydasında şikayət verilə bilər.

15.6. Dövlət qeydiyyatına alındığı tarixdən 5 iş günü ərzində həmin əlavə və (və ya) dəyişikliklər paylı investisiya fondunun idarəçisinin internet səhifəsində və mediada açıqlanır və açıqlandığı tarixdən 15 iş günü sonra qüvvəyə minir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver