22.1. Paylı investisiya fondunun əmlakı idarəçinin özünə məxsus, habelə onun idarəçiliyində olan digər fondlara aid əmlakdan ayrı olaraq formalaşır və uçotu ayrı aparılır.
22.2. Paylı investisiya fondunun idarə edilməsi ilə bağlı əməliyyatların aparılması üçün fondun depozitarında ayrıca pul hesabı, fondun əmlakını təşkil edən qiymətli kağızların uçotunun aparılması üçün isə, fondun depozitarında ayrıca depo hesabları açılır. Həmin hesablar paylı investisiya fondunun adı göstərilməklə, idarəçinin adına açılır və fondun onun idarəçiliyində olması barədə məlumatı özündə əks etdirir.
22.3. Qapalı paylı investisiya fondunu təşkil edən daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınarkən daşınmaz əmlakın dövlət reyestrində fondun və onun idarəçisinin adları qeyd olunur.
22.4. İdarəçi və ya depozitar müflisləşdikdə paylı investisiya fondunu təşkil edən əmlak müsabiqə kütləsinə daxil edilmir.