Qanunvericilik › İnvestisiya fondları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 23

Maddə 23. Paylı investisiya fondunun pay mülkiyyətçilərinə zərərin vurulmasına görə məsuliyyət

İnvestisiya fondları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

23.1. İdarəçi müvafiq qanunvericiliyin tələblərini pozması və ya fondun idarəedilmə qaydalarına riayət etməməsi nəticəsində pay mülkiyyətçilərinə vurduğu zərərə görə onların qarşısında tam məsuliyyət daşıyır.

23.2. İdarəçi fondun aktivlərinin bazar dəyərinin artması və ya azalması nəticəsində payın cari dəyərinin dəyişməsinə görə pay mülkiyyətçiləri qarşısında məsuliyyət daşımır.

23.3. Depozitar bu Qanunla və Mərkəzi Bank tərəfindən qəbul edilmiş normativ xarakterli aktlarla müəyyən edilmiş tələbləri pozduqda, pay mülkiyyətçiləri qarşısında idarəçi ilə birgə məsuliyyət daşıyır. Bu halda idarəçi depozitara qarşı reqress tələbini irəli sürə bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver