Qanunvericilik › İnvestisiya fondları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 9-8

Maddə 9-8. Azad hesabatlı vençur kapitalı fonduna dair nəzarət mexanizmləri

İnvestisiya fondları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

9-8.1. Mərkəzi Bankın azad hesabatlı vençur kapitalı fondu üzərində nəzarəti bu Qanunun 9-7-ci maddəsinə əsasən təqdim edilən illik hesabatların monitorinqi vasitəsilə həyata keçirilir.

9-8.2. Mərkəzi Bank azad hesabatlı vençur kapitalı fondunda və ya onun idarəçisində yalnız aşağıdakı hallarda “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yoxlama apara bilər:

9-8.2.1. fondun azad hesabatlı vençur kapitalı fondu meyarlarını pozduğuna dair əsaslı şübhələr olduqda;

9-8.2.2. fondun fəaliyyətində investorların və digər üçüncü şəxslərin hüquqlarının pozulması barədə şikayət və ya məlumat daxil olduqda.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver