Qanunvericilik › Məşğulluq haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 9

Maddə 9. Məşğulluq sahəsində şəxslərin hüquqları

Məşğulluq haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

9.1. Məşğulluq sahəsində şəxslər aşağıdakı hüquqlara malikdirlər:

9.1.1. fəaliyyət növü, peşə, məşğuliyyət və iş yerini sərbəst seçmək;

9.1.2. işəgötürənlərə bilavasitə müraciət etmək yolu ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) pulsuz vasitəçiliyi ilə və ya əmək yarmarkaları, əmək birjaları, mediada və internet resurslarında elanlar verilməsi yolu ilə və qanunla qadağan edilməyən digər vasitələrlə iş yerini sərbəst seçmək;

9.1.3. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) məşğulluq növünü, iş yerini və iş rejimini seçmək məqsədi ilə pulsuz peşəyönümü məsləhətləri almaq, peşə hazırlığına və əlavə təhsilə cəlb olunmaq, habelə əmək bazarına dair məlumat əldə etmək;

9.1.4. əmək bazarında həyata keçirilən aktiv məşğulluq tədbirlərində iştirak etmək;

9.1.5. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və şərtlərlə işsizlikdən sığorta olunmaq və sığorta ödənişi almaq;

9.1.6. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) və yaxud onun vəzifəli şəxslərinin hərəkət və ya hərəkətsizliyindən inzibati və ya məhkəmə qaydasında şikayət etmək.

9.2. Aşağıdakı hallar istisna olmaqla şəxslərin məcburi əməyə cəlb edilməsinə yol verilmir:

9.2.1. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda;

9.2.2. hərbi xidmət zamanı;

9.2.3. hərbi və fövqəladə vəziyyət zamanı.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver