81.1. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması aşağıdakı istiqamətlərdə həyata keçirilir:
81.1.1. əcnəbi – vətəndaşı olduğu ölkəyə, bu mümkün olmadığı halda isə Azərbaycan Respublikasına birbaşa gəldiyi ölkəyə;
81.1.2. vətəndaşlığı olmayan şəxs – bundan əvvəl daimi yaşadığı ölkəyə, Azərbaycan Respublikasına birbaşa gəldiyi ölkəyə, onu qəbul etmək istəyi olan və bu barədə vəsatət qaldıran ölkəyə;
81.1.3. ikili vətəndaşlığı olan şəxs – daimi yaşadığı və ya daha sıx əlaqəli olduğu ölkəyə.
81.2. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən çıxarılma barədə yuxarıda qeyd olunan istiqamətlərə müvafiq icra hakimiyyəti orqanı vasitəsi ilə məlumat verilir. FƏSİL 14 ƏCNƏBİLƏRİN VƏ VƏTƏNDAŞLIĞI OLMAYAN ŞƏXSLƏRİN MÜVƏQQƏTİ YERLƏŞDİRMƏ MƏRKƏZLƏRİNDƏ YERLƏŞDİRİLMƏSİ VƏ SAXLANILMASI QAYDASI