Qanunvericilik › Nəqliyyat haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 9

Maddə 9. Yüklərin, sərnişinlərin, baqajın və poçtun daşınması, nəqliyyat-ekspedisiya xidmətlərinin həyata keçirilməsi

Nəqliyyat haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1. Yüklərin, sərnişinlərin, baqajın və poçtun daşınması və nəqliyyat-ekspedisiya xidmətlərinin həyata keçirilməsi qanunvericiliyə uyğun olaraq bağlanılmış müvafiq müqavilələr əsasında aparılır.

2. Qanunvericilikdə başqa hallar nəzərdə tutulmamışdısa daşınma və nəqliyyat-ekspedisiya xidmətlərinin şərtləri həmçinin tərəflərin maddi məsuliyyəti onların bağladıqları müqavilə əsasında müəyyən edilir.

3. Müntəzəm daşımaların həyata keçirilməsi zərurəti yarandıqda, daşıyıcı və yükgöndərən və ya onun səlahiyyətləndirdiyi digər şəxs belə daşımaların təşkili haqqında müqavilələr bağlaya bilərlər.

Yük daşımalarının təşkili haqqında müqaviləyə görə, digər öhdəliklərlə yanaşı daşıyıcı yükü müəyyən olunmuş müddətdə qəbul etməli, yükgöndərən isə həmin yükü daşımaya təqdim etməlidir.

Daşımaların təşkili haqqında müqavilədə həmçinin daşımaların həcmi müddəti, keyfiyyəti, nəqliyyat vasitələrinin verilməsi və daşıma üçün yüklərin təqdim olunması şərtləri daşımaların təşkilinin normativ hüquqi aktlarda nəzərdə tutulmamış digər şərtləri də müəyyən edilir.

4. Nəqliyyat sahəsində nəqliyyat-ekspedisiya xidmətlərinin göstərilməsi ilə bağlı münasibətlər bu Qanunun, Azərbaycan Respublikası Mülki Məcəlləsinin, Azərbaycan Respublikası Ticarət Gəmiçiliyi Məcəlləsinin və “Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver