Əldə olunmuş daşıma müqaviləsinə (sifarişə) zidd olaraq daşıyıcı yükgöndərənə yükün daşınması üçün nəqliyyat vasitəsi vermədikdə, yaxud vaxtında vermədikdə, müştəri isə yük daşımaları üçün verilmiş nəqliyyat vasitəsindən istifadə etmədikdə, yaxud vaxtında istifadə etmədikdə, ayrı-ayrı nəqliyyat növləri üzrə məcəllələrlə, nizamnamələrlə, həmçinin daşıma müqaviləsi ilə müəyyən edilmiş qaydada maddi məsuliyyət daşıyırlar.
Daşıyıcı və ya yükgöndərən (yükalan) müvafiq olaraq nəqliyyat vasitələrinin verilməməsinin, yaxud vaxtında verilməməsinin, nəqliyyat vasitələrindən istifadə edilməməsinin, yaxud vaxtında istifadə edilməməsinin qarşısıalınmaz qüvvənin təsiri və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulan qaydada müəyyən edilmiş istiqamətlərdə yük daşımalarının dayandırılması, yaxud məhdudlaşdırılması nəticəsində, habelə daşıyıcıdan və ya yükgöndərəndən (yükalandan) asılı olmayan sair səbəblərdən baş verdiyini sübut edərlərsə maddi məsuliyyətdən azad olunurlar.