22.1.Ovçuluq təsərrüfatlarının inkişafı və yerləşdirilməsi sxemləri sosial-iqtisadi tələblər və ətraf mühitin vəziyyəti nəzərə alınmaqla onların yaradılması üçün perspektiv tələbatı müəyyən edir.
22.2. Məqsədli istifadəsinə və hüquqi rejiminə görə ovçuluq təsərrüfatlarının torpaqlarına təbiəti mühafizə, sağlamlaşdırma, turizm və rekreasiya təyinatlı torpaqlar daxildir.
22.3.Ovçuluq təsərrüfatlarının təşkili məqsədilə başqa kateqoriyalara aid edilmiş torpaqların istifadəyə verilməsi Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə tənzimlənir.
22.4.Müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş ovçuluq təsərrüfatlarının inkişafı və yerləşdirilməsi sxemləri əsasında onların yaradılması və genişləndirilməsi üçün torpaq sahələri müvafiq ehtiyat torpaq fondunda saxlanılır.
22.5.Ovçuluq təsərrüfatlarının hər biri üçün pasport hazırlanır və müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmaqla müəyyən olunmuş qaydada saxlanılır.