Qanunvericilik › Ovçuluq haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 24

Maddə 24. Ovçuluq təsərrüfatlarının mühafizəsi

Ovçuluq haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

24.1. Ovçuluq təsərrüfatlarında ərazinin təbii vəziyyətini pozan hər hansı təsərrüfat fəaliyyətinə yol verilmir.

24.2.Ovçuluq təsərrüfatlarına bitişik olan torpaq və su sahələrində müvafiq icra hakimiyyəti orqanı tərəfindən mühafizə, sanitariya-mühafizə və digər qoruyucu zonalar müəyyən edilə bilər. Bu zonaların torpaqlarında ovçuluq təsərrüfatlarına zərərli təsir göstərən hər cür fəaliyyət qadağan edilir.

24.3.Ovçuluq təsərrüfatlarının təbii vəziyyətinin qorunub saxlanılmasında təsərrüfat subyektləri məsuliyyət daşıyırlar.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver