Qanunvericilik › Peşə təhsili haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 14

Maddə 14. Peşə təhsili haqqında dövlət sənədi

Peşə təhsili haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

14.1. Bu Qanuna uyğun olaraq, peşə təhsili müəssisəsində təlim proqramını (kurikulumu) mənimsəmiş, dövlət buraxılış imtahanlarını müvəffəqiyyətlə vermiş təhsilalanlara “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan peşə təhsili pilləsində təhsil haqqında dövlət sənədi verilir. Təhsil haqqında dövlət sənədi növbəti səviyyədə və pillədə təhsili davam etdirmək və ya ixtisas üzrə əmək fəaliyyətinə başlamaq üçün hüquqi əsas sayılır.

14.2. Müvafiq kursu (modulu) bitirdikdən sonra təhsilini müxtəlif səbəblərdən davam etdirməyən şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan arayış verilir.

14.3. Peşə təhsili müəssisəsini müvəffəqiyyətlə bitirənlərə peşə təhsilinin hər bir səviyyəsinə uyğun kvalifikasiya dərəcəsi göstərilməklə aşağıdakı növ təhsil haqqında dövlət sənədləri verilir:

14.3.1. diplom (adi);

14.3.2. diplom (fərqlənmə);

14.3.3. sertifikat (qısamüddətli kursları bitirənlərə).

14.4. Peşə təhsili müəssisələrində peşə təhsili ilə yanaşı, tam orta təhsil almış şəxslərə diplom və “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tam orta təhsil haqqında attestat verilir.

14.4-1. Yüksək texniki peşə səviyyəsi üzrə peşə təhsili haqqında dövlət sənədi ali təhsil müəssisəsinə daxil olmaq hüququ yaradır və növbəti təhsil pilləsində ali təhsil almaq üçün əsas sayılır.

14.5. İlk peşə təhsilini bitirən məzunlara ilk, texniki peşə təhsilini bitirən məzunlara texniki, yüksək texniki peşə təhsilini bitirən məzunlara isə subbakalavr peşə-ixtisas dərəcəsi verilir.

14.6. Yüksək texniki peşə təhsilini bitirərək subbakalavr peşə-ixtisas dərəcəsi almış şəxslər orta ixtisas təhsilini bitirmiş subbakalavrlara bərabər tutulur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver