15.1. Peşə təhsili müəssisələrində göstərilən tibbi və iaşə xidmətinin təşkili qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
15.2. Dövlət peşə təhsili müəssisələrində təhsilalanlara pulsuz tibbi xidmətin təşkili həmin təhsil müəssisələri tərəfindən təmin olunur.
15.3. Əlavə müayinə və müalicəyə ehtiyacı olan şəxslərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada əlavə müalicə-bərpa xidmətinin göstərilməsi təmin edilir.
15.4. Mülkiyyət növündən və tabeliyindən asılı olmayaraq bütün peşə təhsili müəssisələrində “Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təhsilalanların dispanserizasiyası həyata keçirilir, dispanserizasiyanın nəticələrindən asılı olaraq tibbi göstərişlər əsasında ambulator, stasionar və ya sanatoriya şəraitində tibbi yardım almaq hüququ təmin edilir. Dövlət peşə təhsili müəssisələrində sanitar-gigiyenik normalara riayət edilməsinə, müalicə-profilaktika tədbirlərinin aparılmasına nəzarət edir.
15.5. Peşə təhsili müəssisələrində iaşə xidməti təhsil müəssisəsi ilə iaşə xidməti göstərən hüquqi və ya fiziki şəxslər arasında bağlanan müqavilə əsasında həyata keçirilir.