Qanunvericilik › Peşə təhsili haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 9

Maddə 9. Peşə təhsili sisteminin quruluşu

Peşə təhsili haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

9.1. Peşə təhsilinin səviyyələri aşağıdakılardır:

9.1.1. ilk peşə təhsili;

9.1.2. texniki peşə təhsili;

9.1.3. yüksək texniki peşə təhsili.

9.2. Peşə təhsili müəssisələrinin aşağıdakı növləri vardır:

9.2.1. peşə məktəbi;

9.2.2. peşə liseyi;

9.2.3. peşə təhsil mərkəzi.

9.3. Müvafiq kadr potensialı və maddi-texniki tədris bazası olan ümumi təhsil müəssisələrində xüsusi proqramlar əsasında ilk peşə təhsili üzrə təmayüllü siniflər yaradıla bilər.

9.4. Peşə məktəbinə qəbul olunan şəxslərə:

9.4.1. ilk peşə təhsili;

9.4.2. texniki peşə təhsili almaq hüququ verilir.

9.5. Peşə liseyinə qəbul olunan şəxslərə:

9.5.1. ilk peşə təhsili;

9.5.2. texniki peşə təhsili;

9.5.3. texniki peşə təhsili ilə yanaşı, tam orta təhsil almaq hüququ verilir.

9.6. Peşə təhsil mərkəzinə qəbul olunan şəxslərə:

9.6.1. ilk peşə təhsili;

9.6.2. texniki peşə təhsili;

9.6.3. texniki peşə təhsili ilə yanaşı, tam orta təhsil;

9.6.4. yüksək texniki peşə təhsili;

9.6.5. yüksək texniki peşə təhsili ilə yanaşı, tam orta təhsil almaq hüququ verilir.

9.7. Peşə təhsil müəssisələrində ixtisasartırma və yenidənhazırlanma kursları təşkil olunur.

9.8. Peşə təhsili müəssisələrində təhsil müddəti aşağıdakı qruplara görə müəyyənləşdirilir:

9.8.1. ümumi orta təhsil bazasından qəbul olunmuş və ilk peşə təhsili alanlar üçün təşkil edilən qruplarda – 1 il, texniki peşə təhsili alanlar üçün təşkil edilən qruplarda – 2 il;

9.8.2. tam orta təhsil bazasından qəbul olunmuş və ilk peşə təhsili alanlar üçün təşkil edilən qruplarda – 6 ay, texniki peşə təhsili alanlar üçün təşkil edilən qruplarda – 1 il;

9.8.3. ümumi orta təhsil bazasından qəbul olunmuş və texniki peşə təhsili ilə yanaşı, tam orta təhsil alanlar üçün təşkil edilən qruplarda – 3 il;

9.8.4. ümumi orta təhsil bazasından qəbul olunmuş və yüksək texniki peşə təhsili alanlar üçün təşkil edilən qruplarda – 4 il;

9.8.5. tam orta təhsil bazasından qəbul olunmuş və yüksək texniki peşə təhsili alanlar üçün təşkil edilən qruplarda – 3 il.

9.9. Ümumi orta və tam orta təhsil səviyyəsini bitirib, istehsalatda və ya digər iş sahələrində müəyyən nəzəri və praktiki peşə bacarıqları qazanmış şəxslər üçün işəgötürənlərin və fərdlərin öz vəsaiti hesabına sifarişlər əsasında həmin və ya digər peşənin öyrənilməsi, ixtisasın artırılması və yenidənhazırlanma üzrə kurslarda təhsil müddəti 6 aya qədərdir.

9.10. Ali təhsil və orta ixtisas təhsili almış şəxslərin də peşə təhsili almaq hüququ vardır.

9.11. Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

9.12. Peşə təhsili müəssisələrində yüksək texniki peşə təhsili səviyyəsini müvəffəqiyyətlə başa vuran məzunların - subbakalavrların topladıqları kreditlərin bakalavriat səviyyəsinin uyğun ixtisaslarında ali təhsil müəssisələri tərəfindən nəzərə alınması “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-2-ci maddəsinə uyğun olaraq həyata keçirilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver