Qanunvericilik › Prokurorluq orqanlarında qulluq keçmə haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 19

Maddə 19. Prokurorluq işçilərinin hüquqi və məhkəmə müdafiəsi

Prokurorluq orqanlarında qulluq keçmə haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

19.1. Prokurorluq işçilərinin hüquqi və məhkəmə müdafiəsinin həyata keçirilməsi şərtləri “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə müəyyən edilir.

19.2. Prokurorluq işçiləri qanunvericilikdə müəyyən edilmiş qaydada xidməti silahı saxlamaq, gəzdirmək hüququna malikdirlər və “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş hallarda və qaydada tətbiq edə bilərlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver