Qanunvericilik › Psixiatriya yardımı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 24

Maddə 24. Psixiatriya yardımı göstərilərkən təhlükəsizlik tədbirləri

Psixiatriya yardımı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

24.1. Stasionar psixiatriya yardımı pasiyenti daha az məhdudlaşdıran, onun və digər şəxslərin təhlükəsizliyini təmin edən formada, həm də hospitallaşdırılan şəxsin hüquqlarına və qanuni mənafelərinə tibbi heyət tərəfindən əməl olunması şəraitində göstərilir.

24.2. Psixiatriya stasionarında pasiyenti fiziki məhdudlaşdırma və ya təcrid etmə tədbirləri yalnız həkim-psixiatrın rəyi ilə pasiyentin özü və (və ya) ətrafdakılar üçün bilavasitə təhlükə doğuran hərəkətlərinin qarşısını başqa üsullarla almaq mümkün olmadığı halda tətbiq olunur. Həmin tədbirlər tibbi heyətin daimi nəzarəti altında tətbiq olunur. Fiziki məhdudlaşdırma və ya təcrid etmə tədbirlərinin tətbiqinin formaları və müddəti barədə tibbi sənəddə müvafiq qeydlər aparılır.

24.2-1. Məcburi hospitallaşdırma (tibbi xarakterli məcburi tədbirlər) zamanı pasiyentin özü və ya digər şəxslər üçün bilavasitə təhlükə doğuran hərəkətlərinin qarşısının alınması məqsədilə psixiatriya müəssisəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən hədlərdə rejim qaydaları və təhlükəsizlik tədbirləri təmin edilir.

24.3. Polis orqanlarının əməkdaşları tibb işçilərinin müraciəti əsasında stasionara qeyri-könüllü yerləşdirilən şəxsə yaxınlaşmaq və onu müayinə etmək üçün təhlükəsiz şəraiti təmin etməyə borcludurlar.

24.4. Psixi pozuntu vəziyyətində olan şəxs tərəfindən ətrafdakıların həyatı və sağlamlığı üçün təhlükə doğuran hərəkətlərin qarşısının alınması, habelə stasionara yerləşdirilməli olan şəxsin axtarılması və tutulub saxlanılması qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver